:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Prezident “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramını təsdiqləyib

Font

Prezident İlham Əliyev "Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və "Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanla Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq, beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla "Aviasiya haqqında” yeni qanun layihəsini hazırlamaq, "Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın 2.1.6-cı yarımbəndində nəzərdə tutulmuş uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin təşkili qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, həmin Qaydanın 5.2.2-ci yarımbəndində nəzərdə tutulmuş uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, həmin Qaydanın 9.2-ci bəndində nəzərdə tutulmuş aviasiya hadisələrinin araşdırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, həmin Qaydanın 10.2-ci bəndində nəzərdə tutulmuş müfəttiş heyətinin peşəkar hazırlığının təşkili və onların ixtisaslarının artırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin, "Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın 10.1.1-ci yarımbəndinə uyğun olaraq, hava gəmilərinin qeydiyyatı qaydasını, habelə mülki pilotsuz uçan aparat sistemlərinin istismarına dair qaydaları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş "Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və bu fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş "Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın icrasını təmin etmək üçün zəruri tədbirlər görmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu fərmanla təsdiq edilmiş "Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və bu fərmanla təsdiq edilmiş "Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın icrasını təmin etmək üçün zəruri tədbirlər görməli, Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.