:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Onun ayağına getmək mənim borcum idi" — Mənsum İbrahimov Canəli Əkbərovdan DANIŞDI

Font

Xalq artisti Mənsum İbrahimov bir müddətdir küsülü olduğu həmkarı Canəli Əkbərovu xəstəxanada ziyarət etməsindən danışıb.

M.İbrahimov "Ölkə.Az"a açıqlamasında bildirib ki, C.Əkbərovun xəstə olduğunu səfərdə olduğu zaman bilib:

"Avropada səfərdə idim. Saytlardan oxudum ki, Canəli müəllimin səhhətində problem yaranıb. Oğluna zəng vurdum. Canəli müəllimin oğlu Sabirlə, kürəkəniylə uzun illərdir dostuq. O, bizim barmaqla sayılacaq sənətkarlardan biridir.  Səfərdən qayıdan kimi dostlarım Elçin və Elnurla onun ziyarətinə getdik. Ailədə atayla balanın arasında da inciklik olur. Hər zaman demişəm ki, bizim bir düşmənimiz var - erməni. Sənət adamınn kin saxlaması doğru deyil. Belə sənətkarlarımız azdır. Hər zaman özümdən böyüklərə  hörmətlə yanaşmışam.  İndi də kiçikliyimi elədim, dəyərli sənətkarımzın ziyarətinə getdim. Onun ayağına getmək mənim borcum idi. Arzu edirəm ki, tezliklə ayağa dursun. Bu yaxınlarda səksən yaşı tamam olacaq. İnşallah, o tədbirdə də hamılıqla iştirak edəcəyik".
Qeyd edək ki, C.Əkbərov təxminən bir il öncə müsahibəsində bəzi xanəndələri, o cümlədən M.İbrahimovu sərt tənqid etmişdi.