:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Moskvada Azərbaycan Silahlı Qüvvələrinin 101 illiyinə həsr olunan qəbul keçirilib

Font

Rusiya paytaxtında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyinə həsr olunan tətntənəli qəbul keçirilib.

Qəbulda Azərbaycanın müdafiə nazirinin müavini Fuad Məmmədov, Rusiyadakı fövqəladə və səlahiyyətli səfir Polad Bülbüloğlu, xarici ölkələrin hərbi attaşeləri, tanın hərbi ekspertlər və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Polad Bülbüloğlu 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cumhuriyyətinin ən vacib qərarlarından birinin Azərbaycan ordusunun yaradılması haqqında qərarı olduğunu söyləyib: "Təəssüflər olsun ki, Azərbaycan Xalq Cumhuriyyəti
çox yaşamdı. Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ildə bərpa olundu. Müstəqilliyin ilk illəri ölkəmiz üçün çox ağır olub.

Azərbaycan böyük problemlərlə, iqtisadi çöküş və böhranla üzləşmişdi. Hakimiyyət uğurunda mübarizə vəziyyəti daha da çətinləşdirmişdi.

Azərbaycanda vəziyyət kritik həddə çatmışdı. Bu cür vəziyyətdən istifadə edən Ermənistan ərazilərimizin bir hissəsini işğal edib. Belə ağır vəziyyətdə Azərbaycan xalqı müdriklik göstərərək görkəmli ictimai-siyasi xadim Heydər Əliyevə müraciət etdi. Onu respublikaya rəhbərlik etməyə dəvət edti. Böyük liderin hakimiyyətə gəlişindən sonra vəziyyət sabitləşdi və Azərbaycan bu çətin vəziyyətdən çıxa bildi. Azərbaycanda o zaman müntəzəm ordu yox idi. Sovetlər vaxtında ümumi sovet ordusu vardı. Müstəqillik qazanandan sonra isə ayrı-ayrı silahlı qruplaşmalar mövcud idi, hansı ki, Azərbaycanın ərazi bütövlüyünü qoruya bilməmişdilər. Ona görə də, Heydər Əliyev tərəfindən ilk növbədə qəbul olunan vacib qərarlardan biri müntəzəm ordunun yaradılması olub.

Təbii ki, müntəzəm ordunun yaradılması üçün böyük iqtisadi imkanlar lazım idi. Məhz ona görə də, Azərbaycanda o illərdə ciddi iqtisadi islahatlar keçirildi, xarici sərmayələrin cəlb olunması təmin edildi və Azərbaycan beynəlxalq təcridin qarşısını almış oldu. Ölkədə keçirilən siyasi, iqtisadi islahatlar vəziyyəti sabitləşdirdi. 1993-cü ildən Azərbaycan inkişaf və proqress yolu ilə gedir. Bu siyasət bu gün də Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında davam etdirilir, bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində iş yüksək templə gedir”.

Diplomat Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini hələ də işğal altında saxladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan müdafiə nazirinin müavini general-leytnant Fuad Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin vəziyyəti haqqında məlumat verib. General Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun regionda ən
güclü ordu olduğunu bildirib.

Nazir müavini Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlıqdan da danışıb. O, bütün sahələrdə olduğu kimi hərbi-texniki sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayb.

Silahlı Qüvvələr Gününə həsr olunan qəbul bədii hissə ilə davam etdirilib.