:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Müdafiə Sənayesi Nazirliyi Rusiyanın “Rosoboroneksport” şirkəti ilə çərçivə sazişi imzalamağı planlaşdırır

Font

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Rusiyanın "Rosoboroneksport” şirkəti ilə çərçivə sazişi imzalamağı planlaşdırır.

Bunu APA-nın Rusiya bürosuna açıqlamasında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib.

"Army 2019” Hərbi Texniki Forum çərçivəsində "Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyevlə keçirdiyi görüşü şərh edən nazir müavini bildirib ki, Rusiya tərəfi ilə müzakirə etdikləri məsələlər ciddidir: "Tam açıqlamaq istəmirəm, lakin deyə bilərəm ki, biz "Rosoboroneksport”la əməkdaşlığımızı daha da genişləndirməyi müzakirə etdik. Qərara gəldik ki, "Rosoboroneksport”la çərçivə sazişi imzalayaq. Bu saziş yeni birgə layihələrin həyata keçirilməsinə şərait yaradacaq”.

Y.Musayev Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin "Rosoboroneksport”la 2010-cu ildən müqavilə əsasında  əməkdaşlıq etdiyini xatırladıb: "Nazirlik tərəfindən bütün müqavilələr vaxtında icra olunub. Hər iki tərəf əməkdaşlıqdan razılıq edir”.