:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İvanka Tramp G20 sammitində qadınların hüquqlarını müzakirə edəcək

Font

ABŞ prezidentinin qızı İvanka Tramp G20 sammitində qadınların hüquqlarını müzakirə edəcək.

"RİA Novosti" verdiyi məlumata görə, bu barədə jurnalistlərə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi deyib.

Nümayəndə bildirib: "İvanka Tramp qadınların hüquqlarının möhkəmləndirilməsinə həsr edilmiş tədbirdə iştirak və çıxış edəcək. Bundan əlavə, İ.Tramp qadınların məşğulluluğuna həsr edilmiş sessiyada da iştirak edəcək".

Qeyd edək ki, G20 sammiti 28-29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək.