:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Elmar Məmmədyarov: “Həmsədrlər nazirlərə müzakirə üçün yeni sənəd təqdim ediblər”

Font

"Vaşinqton görüşünün yaxşı nəticəsi o oldu ki, həmsədrlər müzakirə olunması üçün yenidən konkret sənəd təqdim etdilər”.

Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov bolqarıstanlı həmkarı Yekaterina Zaxariyeva ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırda sənədlər nəzərdən keçirilir: "Görüşdə təmas xəttində sakitlik məsələsi müzakirə olundu. Mənim arqumentim o oldu ki, danışıqların aktiv olduğu dövrlərdə təmas xəttində sakitlik yox idi. Amma biz ciddi müzakirələr aparırdıq. Vacib deyil ki, təmas xəttində sakitliyi quraq, sonra danışıqlar aparaq. Biz hazırda həmsədrlərin martın 9-dakı bəyanatına əsasən fəaliyyət göstəririk. Razı olduğumuz və olmadığımız bəzi məqamlar var. Həmsədrlər Vaşinqton görüşündə rəsmi təkliflər təqdim edib, bir-iki ay üzərində işləməliyik. Həmsədrlər təklif verəcəklər ki, 2-3 aydan sonra yenidən görüşək".

Qeyd edək ki, bu il iyunun 21-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zohrab Mnasakanyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.