:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

YSK: Əkrəm İmamoğlu 54.21 faiz səs toplayıb

Font

Türkiyənin Ali Seçki Qurumunun (YSK) sədri Sadi Güvən İstanbulda iyunun 23-də keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri ilə bağlı açıqlama verib.

Sadi Güvən İstanbulda 8 milyon 925 min 063 nəfər seçici olduğunu deyərək, seçicilərin dünən 84.5 faizinin iştirak etdiyini bildirib. Onun sözlərinə görə, 8 milyon 746 min 464 etibarlı, 178 min 599 etibarsız bülleten olub.
Namizədlərdən Əkrəm İmamoğluya 4 milyon 741 min 868 nəfər səs verib. Bu, səslərin 54.21 faizi deməkdir.
Binəli Yıldırım isə 3 milyon 935 min 453 səs toplayıb ki, bu da ümumi seçicilərin 44.99 faizidir.