:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Səudiyyə Ərəbistanının XİN başçısı ilk dəfə Gürcüstana səfər edib

Font

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri İbrahim bin Əbdulaziz Əl-Əsafi Gürcüstana rəsmi səfər edib.

APA-nın yerli bürosu xəbər verir ki, nazir səfər çərçivəsində gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşüb. Gürcüstan Xarici işlər Nazirliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanını XİN başçısının səfərində məqsəd ikitərəfli əlaqələrin dərinləşdirilməsi və inkişaf etdirilməsidir.

Qeyd edək ki, bu, Səudiyyə Ərəbistanı Xarici İşlər nazirinin Gürcüstana ilk rəsmi səfəridir. İyunun 18-də Səudiyyə Ərəbistanının ilk səfiri Abdullah Al-Mutairi Tbilisidə fəaliyyətə başlayıb.