:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bu gündən Yekaterinburq-Bakı aviareysi açılır

Font

Bu gündən etibarən Rusiyanın "İrAero” aviaşirkəti Yekaterinburq-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayır.

Yekaterinburqun Koltsovo beynəlxalq hava limanının mətbuat xidmətinin verdiyi məlumata görə, uçuşlar hər həftənin II günləri həyata keçiriləcək. 

Məlumata görə, 103 sərnişin tutumu olan "Sukhoi Superjet 100” təyyarəsi Yekaterinburqdan yerli vaxtla 17:30-da, əks istiqamətdə isə saat 12:30-da havaya qalxacaq.
"Yeni hava daşıyıcısının işə başlaması ilə Yekaterinburqdan Azərbaycana yola düşən birbaşa reyslərin sayı həftədə 3-ə çatacaq. Həftədə iki dəfə – cümə axşamı və bazar günləri – Bakıya uçuşları "Ural Airlines” həyata keçirir. Bakı Cənubi Qafqazın aparıcı iqtisadi və mədəni mərkəzidir, Xəzər dənizi sahilində yerləşən iri bir limandır”, - deyə Koltsovo beynəlxalq hava limanının mətbuat xidmətindən bildirilib.