:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Azercell" fəaliyyətinin yeni rəqəmsal dövrünə başlayır

Font

Bu ilin 21 iyun tarixində Heydər Əliyev Mərkəzinin parkında Emin Azercell Telekom MMC-in yeni brend kimliyinin açıqlanmasında iştirak edəcək.Şouya giriş sərbəst olacaq.

"Azercell"dən verilən məlumata görə, Azərbaycanın telekommunikasiya sektorunun lideri və mobil rabitə istifadəçilərinin əsas seçimi olan "Azercell" fəaliyyətinin yeni rəqəmsal dövrünə başlayır.

İyun ayının 21-də Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək böyük tədbirdə Azercell bütün dünyaya dinamik telekom bazarının tələblərinə uyğun olan yeni brend kimliyini təqdim edəcək.

"Azercell" bu mühüm günün sevincini bütün ölkə ilə paylaşacaq. Odur ki, dünyaca məşhur mügənni və bəstəkar, "Jara” beynəlxalq musiqi festivalının təşkilatçısı Emin Ağalarovun iştirakı ilə keçiriləcək və rəqəmsal dünyanın yeniliklərini Azərbaycana gətirəcək ilin ən valehedici şousuna giriş sərbəstdir. Azərbaycanın telekommunikasiya sahəsi üçün olduqca əlamətdar bu gündə məşhur şoumen Murad Dadaşovun aparıcılığı ilə baş tutacaq tədbirdə Emin ilə səhnəni Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustavayev, Elnarə Xəlilova, Elşad Xose, DJ Tim və "Nero Dance” rəqs qrupu bölüşəcəklər.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan "Azercell"in şəbəkəsi ölkə ərazisinin 99,1%-ni (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8%-ni əhatə edir. Hazırda 4,5 milyon abunəçi "Azercell"in xidmətlərindən istifadə edir.