:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ-ın hərəkətləri Yaxın Şərq regionunda sabitliyə ciddi təhdiddir.

Font

Bunu İran Prezidenti Həsən Ruhani Şanxay Əməkdaşlıq Təşkilatının iclasında deyib.

O bildirib ki, son iki il ərzində ABŞ hökuməti bütün beynəlxalq qaydaları pozur:

"ABŞ hökuməti bu müddət ərzində bütün beynəlxalq strukturları və qaydaları pozaraq, iqtisadi, maliyyə və hərbi imkanlarından istifadə etməklə aqressiv yanaşma nümayiş etdirir, regionda və dünyada sabitliyə ciddi təhdid törədir”.