:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İtaliyanın “Roma” klubuna yeni baş məşqçi təyinatı rəsmiləşib

Font

İtaliyanın "Roma” klubunun yeni baş məşqçisi müəyyənləşib.

A seriyası təmsilçisini portuqaliyalı Paulu Fonseka çalışdıracaq.

Romanın eyniadlı klubu 49 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalandığını açıqlayıb.

Əslən Mozambikdən olan P.Fonsekanın son iş yeri Ukraynanın "Şaxtyor” klubu olub. O, Donetsk təmsilçisi ilə üç dəfə ölkə çempionu, üç dəfə kubokun sahibi, bir dəfə Superkubokun qalibi olub.

Müqavilənin maliyyə tərəfi açıqlanmasa da, İtaliya KİV-inin iddialarına görə portuqaliyalı ildə 2 milyon avro qazanacaq.

Qeyd edək ki, "Roma”nı ötən mövsümdə Klaudio Ranyeri çalışdırırdı.