:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İlham Əliyev məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanda dəyişiklik edib

Font

Prezident İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 53, № 2, maddə 187; 2018, № 4, maddə 671) aşağıdakı dəyişikliklər edilsin:

- 1-ci hissədə "40,0 (qırx)” sözləri "60,0 (altmış)” sözləri ilə əvəz edilsin;

- 1-3-cü hissədə "22,0 (iyirmi iki)” sözləri "33,0 (otuz üç)” sözləri ilə əvəz edilsin.