:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda tələbə qəbulu ilə bağlı dövlət sifarişli yerlərin sayı 66,1 faiz artıb

Font

"Ötən ilə nisbətən tələbə qəbulu ilə bağlı dövlət sifarişli yerlərin sayı 66,1 faiz artıb".

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev media nümayəndələri üçün keçirilən təlimdə deyib.

Onun sözlərinə görə, 5 il öncə ilə müqayisədə 700 bal toplayan abituriyentlərin sayı da artıb.

Y. Piriyev bildirib ki, son 5 ildə 600-dan çox bal toplayan abituriyentlərin sayı 23 faizdən 83 faizə qalxıb: "İbtidai sinif müəllimliyi ixtisasını seçənlərin topladığı bal 500-dən az olurdu, lakin son dövrlər onların da topladığı ballar artıb".

O qeyd edib ki, özəl ali təhsil müəssisələrinə qəbul planı 40 faizdən 60 faizə artıb.