:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazir müavini: "Azərbaycanda məktəblilərin vahid geyim formaları olacaq"

Font

"Azərbaycanda məktəblilərin vahid geyim formaları olacaq".

Bunu təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" qanunla bağlı çıxışı zamanı deyib.

O qeyd edib ki, yeni qəbul edilən qanunda məktəblilərin geyim formalarının eyni olması ilə bağlı müddəa yer alıb: "Bu günə qədər məktəblər formaları özləri müəyyənləşdirirdilər. Lakin yeni qanuna əsasən, bir neçə geyim formasının təsviri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Təhsil müəssisəsi isə bunlardan birini seçib tətbiq etməlidir. Heç bir məktəb Nazirlər Kabinetinin təsdiq etdiyi təsvirdən kənara çıxa bilməz".

"Məktəblərin bütün siniflərində şagird sıxlığı var. Qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, hər bir sinifdə şagird sayı 20 olmalıdır. Siniflər üzrə şagird sayı 30-dan çox olmamalıdır".

Bunu İdris İsayev media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" qanunla bağlı çıxışında qeyd edib.

O bildirib ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu məsələ ilə bağlı qərar qəbul edilməlidir: "Bu, siniflərin komplektləşdirilməsi baxımından mühüm addım olacaq".

Nazir müavini qeyd edib ki, Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır, 150 minə yaxın müəllim pedaqoji faəliyyətlə məşğul olur, ölkədəki təhsil müəssisələrinin sayı isə 4500-dür: "360-yaxın müəssisədə təhsilalanlara ümumi təhsil, 800-ə yaxın müəssisədə ümumi-orta (IX illik) təhsili verilir. Beləliklə, əhalinin 16 faizi bu və ya digər formada bu sahə ilə bağlıdır".

İ.İsayev qeyd edib ki, məktəblərə ixtisaslı psixoloqların cəlb edilməsi gündəmdədir: "Çünki bəzi hallarda məktəblərdə çalışan psixoloqlar öz ixtisası ilə çalışmayan kadrlardır. Eyni zamanda məktəblərdə psixoloq ştatının nəzərə alınmalıdır. Bunun üçün də meyarlar müəyyənləşməlidir".