:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda ailə üzvlərini bıçaqlayıb, 1 nəfəri qətlə yetirən şəxs tutulub

Font

Paytaxtın Xəzər rayonunda qətl törədilib.

ONA-nın məlumatına görə, mayın 19-dan 20-nə keçən gecə Binə südçülük sovxozunda 1974-cü il təvəllüdlü Zaur Rzayev ailə münaqişəsi zamanı, qısqanclıq zəminində arvadı Maral Rzayevanı, qızı 1999-cu il təvəllüdlü Samirə Rzayevanı, kirayədə qaldığı evin sahibi Qəmər Nadıyevanı və həmin vaxt mənzildə olan, 1982-ci il təvəllüdlü Əliyev Vasif Fərzəli oğlunu bıçaqlayıb. Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Ağır xəsarətlər alan Vasif Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədib qaçan Z.Rzayev Xəzər rayon hüquq-mühfizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.