:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşı itkin düşüb

Font

Gəncə Şəhər Təhsil İdarəsində məsləhətçi işləyən Ceyhun Qabil oğlu Bağırov mayın 17-dən itkin düşüb.

ONA-nın yerli bürosunun məlumatına görə, bu barədə gəncin atası "Facebook” səhifəsində yazıb. O, naməlum səbəbdən itən oğlundan 2 gündür xəbər ala bilmədiklərini və polisə müraciət etdiyini qeyd edib.

Gəncə Şəhər Polis İdarəsindən ONA-ya faktı təsdiqləyiblər.