:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Marin Le Pen: "Makron Avropa Parlamentinə seçkiləri uduzsa vəzifəsindən getməlidir"

Font

Fransanın "Milli Birlik" Partiyasının lideri Marin Le Pen bildirib ki, əgər ölkə prezidenti Emmanuel Makron Avropa Parlamentinə seçkiləri uduzsa, onda prezident postundan getməlidir.

Bu barədə "Le Parisien" xəbər verir.

"Bu, Emmanuel Makronun lehinə ya əleyhinə referendum olacaq, bu, Avropa seçkiləridir", - deyə Le Pen bildirib.

Onun fikrincə, bu şəraitdə Makron general Şarl de Qoll kimi hərəkət etməlidir. Əgər Makron bu seçkilərdə uduzsa, vəzifəsindən getməlidir.

Daha əvvəl Fransanın "Milli Birlik" Partiyasının lideri bildirib ki, Makron uğursuz xəttini etiraf edə bilməyib.