:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Xoruldamanın qarşısını alan maraqlı üsul tapıldı

Font

Toronto Universitetinin alimləri xoruldamağa qarşı vasitə tapıblar. Bu haqda "The Daily Mail” qəzeti yazıb.

Elm adamların fikrincə, yatmazdan bir neçə saat əvvəl ayaq əzələlərinin elektrik cərəyanı ilə stimullaşdırılması xoruldamağın qarşısını alır. Söhbət xüsusi prosesdən gedir.

Bu üsulla ayaqlardakı maye miqdarı azalır. İnsan yatarkən maye bədən boyu paylanır. Boyuna çatanda isə təzyiqə görə xoruldama başlayır. Xüsusilə ürək çatışmazlığı yaşayan insanlarda müşahidə olunur. Ayaqların kiçik gərginlikli elektrik cərəyanı ilə stimullaşdırılması aşağı ətraflardakı maye yığılmalarını 46, boyunda isə 31 faiz azaldır. Könüllülür qrupunda araşdırma da yaxşı nəticə verib. Araşdırmada iştirak edənlərin 15 faizi bu bəladan yaxa qurtara bilib.