:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hindistanlı 4000 illik sərdabə aşkar olunub

Font

Hindistanlı arxeoloqlar Uttar-Pradeş ştatının Baqpat bölgəsində, təxminən, 4 min illik tarixə malik iki sərdabə aşkar ediblər.

Bu barədə "Archaeology News Network" portalı məlumat yayıb.

Qeyd olunur ki, sonuncu Harappo dövrünə (başqa sözlə, eramızdan əvvəl ikinci minilliyə) aid edilən iki ayaqlı tabut tapılıb.

Tabutların birində qadın skeleti, qılınc, qızıl muncuqlar, yarısı qiymətli daşlardan olan qolbaq, yay, oxlar və keramika atributları olub. Sərdabənin özü isə səkkiz sıra bişmiş kərpicdən ibarət olub. Orada həmçinin gildən hazırlanmış qabların hissələri və heyvan sümükləri də aşkar edilib. Məzarın ən diqqətçəkən detalı isə tabutun baş hissəsində qılınc-antenanın olmasıdır.