:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakı sakini özünü 3-cü mərtəbədən atıb

Font

Bakıda 44 yaşlı kişi özünü 3-cü mərtəbədən atıb.

Hadisə Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi 148 ünvanında baş verib.

Şəhər sakini, 1975-ci il təvəllüdlü Səid Həsən oğlu Məmmədov özünü yaşadığı binanın 3-cü mərtəbəsindən ataraq intihara cəhd edib.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yaralı "təcili yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol bud sümüyünün sınığı, döş qəfəsi və qarın boşluğunun qapalı travması diaqnozu qoyulub. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.