:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aİ və AŞ İstanbulda seçkilərin yenidən keçirilməsi qərarına münasibət bildirib

Font

Avropa İttifaqı və Avropa Şurasının rəsmiləri Türkiyənin Ali Seçki Qurumunun (YSK) martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı qərarına münasibət bildiriblər.

Avropa Şurasının baş katibi Torbyorn Yaqland azad və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şəraitin səsvermə günündən öncə təmin olunmasının vacibliyinə diqqət çəkib. O bildirib ki, bu qərar seçicilərin seçkiyə inamını zədələyə bilər.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa Genişləndirmə və Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han birgə yaydıqları bəyanatda bildiriblər ki, istənilən demokratik ölkə üçün əsas şərt hesab olunan azad, ədalətli və şəffaf seçkinin keçirilməsi Aİ-Türkiyə münasibətlərində əsas yer tutur.

Aİ-nin rəsmiləri bəyan ediblər ki, YSK-nın İstanbul Təşkilatının vəzifəsini müstəqil və şəffaf şəkildə yerinə yetirməsi üçün şərait yaradılmalı və seçki prosesi beynəlxalq seçki norma və standartlarına uyğun keçirilməlidir.

Mogerini və Han YSK-nın bu qərarının demokratik seçkinin ali məqsədinə və xalqın iradəsinə zidd olduğunu vurğulayıblar.