:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Daim uğur qazanmaq istəyirsizsə - 10 QIZIL QAYDA

Font

Həyatda uğur qazanan insanlar hər zaman başqalarının diqqətində olur. Kimisi dünyanın ən zəngin adamı, kimisi hər gün gördüyü işlərlə minlərlə insanın həyatında müsbət rol oynamaqla. Çox zaman insanlar onlar kimi olmaq istəyir.

Türkiyəli professor Dərya Uludüz həyatda daim uğur qazanan insanların ortaq xüsusiyyətlərini açıqlayıb.Onun sözlərinə görə, uğurlu insanların həyatları araşdırılan zaman xüsusən uşaqlıqda çətin günlər keçirdikləri məlum olur. Həmçinin İQ ilə yanaşı EQ - emosional zəkanın rolu böyükdür.

Tarixən düşən liderlərin İQ-ləri ilə yanaşı, EQ-ləri də yüksək olub. Həyatda uğur qazanmış insanların hamısının ortaq fikri budur ki, bunun üçün xüsusi strategiyaları var.

Bəs yaxşı həyatda uğur qazanmaq üçün nələr etmək lazımdır?

uğurlu insan olmağın qaydalarını təqdim edirik:

Həyatdakı çətinliklər


Həyatda uğur qazanan insanların həyat hekayələrinə baxanda uşaqlıqlarının çox çətin keçdiyi və hər zaman mübarizə apardıqları məlum olur. Hamısı üçün ən vacib xarakter mübariz olmalarıdır. Qarşılarına hər hansı maneə çıxsa, problemə deyil, onu necə həll edəcəklərinə köklənirlər. Beləliklə, maneələrin yaratdığı mənfi nüanslara vaxt itirmirlər. İstədiklərini əldə etmək üçün davamlı yollar axtarırlar. Məsələn, dünyaca məşhur "Ali Express" alış-veriş saytının qurucusu dəfələrlə iş üçün müraciət etsə də, rədd edilib. Lakin o sonda öz şirkətini quraraq dünyanın ən zənginləri sırasına daxil olub. Yəni qarşınızda bir məqsəd olmalıdır. Məqsədsiz insan başqalarının standartlarına görə yaşamağa başlayır və əsla öz potensialını görə bilmir. Bu gün beyninizdə özünüz üçün qurduğunuz planlar sabah yaşadığınız həyat ola bilər.

Sağlam vərdişlərə yiyələnin

Çox hirslənən və az yatan insanların beyninin bəzi hissələri daha az işləyir. Gün ərzində beyin gimnastikası etmək, güclü bir yaddaş və həyatdan zövq alma səviyyəsini artırır. Gündəlik idman, yaxşı səhər yeməyi, spirtli içki və siqaretdən uzaq olmaq vacibdir. Əgər siz qeyri-sağlam həyat tərzi sürürsünüzsə, bunu dəyişdirmək heç də çətin olmayacaq. Şəkər və duzu həyatınızdan çıxartmaq üçün belə ən az 21 gün lazım olur. Yəni insanın fərqli dadlara öyrəşməsi üçün müəyyən vaxta ehtiyac var. Hər hansı bir işi 3-6 ay mütəmadi təkrar etsəniz o vərdiş halını alacaq.

Stress və duyğularınızı idarə edin

Uğur qazanmış insanlar çətin vəziyyətdə olanda stress keçirəndə onu idarə edə bilirlər. Stressi idarə etmək üçün müəyyən meditasiya üsulları da kömək edə bilər. Hər gün 5 dəqiqə heç nə etməmək və düşünməmək eyni effekti yarada bilər.

Öz qaydalarınız olsun


Kənar fikirlərə çox da fikir vermədən öz qərarlarınızı verin.Bütün günü işləməyinizə ehtiyac yoxdur, əsas məsələ proqramlı şəkildə işləməkdir. Vaxtınızı düzgün idarə etməyi bacarın. Uğurlu insanlar yaşadıqları stressi idarə edə bilirlər. Onlar aylar və ya həftələr öncəsindən plan qururlar.

Daim öyrənin

Dünyadakı bütün liderlərin ortaq özəlliklərindən biri daim öyrənməkdir. Oxumaq vərdişinin olması mütləqdir. Oxumaq üçün özünüzə vaxt yaradın. Öz peşənizlə yanaşı, dünya ədəbiyyatından da əsərlər oxuyun.

Risk etmək və itirməkdən qorxmamaq

Qəribə ola bilər, amma həyatdakı uğurun ən böyük sirri uğursuz olmaqdır. Bir çox iş adamının keçmişlə bağlı hekayələrində bu nüansı görə bilərsiniz. Onlar mütləq işlərindən qovulub və pulsuz qalıblar. Ancaq bunu yaşayan insanlar artıq bu haldan qorxmur, qarşılarına məqsəd qoyaraq irəliləyirlər. Yalnız uğur qazanan insanlar üçün risk etməmək gələcəkdə peşman olacaqları mənasına gələ bilər. Bəlkə, kimlərsə sizi fikrinizdən daşındırmağa çalışa bilər, ancaq uğur qazanacağınıza dair inancınızı qorumaq çox vacibdir.

Sevdiyiniz işi görün

"Əgər sevdiyiniz işi görsəniz, ömür boyu bir gün belə işləməmiş hesab edilməzsiniz",- deyə bir söz var. Hər kəs özünü xoşbəxt hiss etdiyi işi axtarır. Kimi insanlıq üçün nəsə etmək, kimi sənətlə məşğul olmaq, kimi isə sadəcə pul qazanmaqla bu xoşbəxtliyə çatır. Görməkdən həzz alacağınız işi tapın. Sevdiyiniz işi görmək sizin motivasiyalı olmağınız üçün mükafatdır.

Qabiliyyətlərinizə inanın

İngiltərəli filosof Bertrand Russel deyir ki, dünyanın problemi ağıllıların həmişə şübhə içində olduğu halda axmaqların özlərindən əmin olmasıdır. Həyatda uğur qazanan insanların daha bir ortaq özəlliyi özlərinə güvənlərinin olmasıdır. Daim qorxu içində olan bir rəhbərlə heç kim işləmək istəməz.

Hərəkətə keçin

Uğurlu insanların bir özəlliyi də daim təşkilatçı olmaq, planlar qurmaq və ən vacib məqamları müəyyən etməkdir. İşə davam etmək və sürətli şəkildə tamamlamaq, təcili qərar qəbul etmək və ən uyğun qərarı seçmək sizi zirvələrə aparacaq. Bunun üçün cəsarətli olmağınız vacibdir.

Öz həyatınızın məsuliyyətini dərk edin

Uğurlu insanların əsas özəlliklərindən biri məhz budur. Onlar öz həyatlarının məsuliyyətini dərk edir və uğursuzluqlarına görə başqalarını günahlandırmırlar. Burada vacib məqam mənfi nüanslara köklənməməkdir. Daim bugünkü həyatınızla keçmişinizi müqayisə etsəniz, bu sizi uğursuzluğa aparacaq. Keçmişi inkişafınız üçün keçmiş olduğunuz cığır kimi düşünün. Əgər neqativ duyğuları özünüzdən uzaqlaşdırsanız, daha rahat nəfəs alacaq, həyatdan ləzzət alacaqsınız. Təbii ki, hədəflərinizə çatmaq üçün hərəkətə keçə biləcəksiniz.