:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda qadına hücum edib ağzını tutdular, bıçaqla hədələdilər - VİDEO

Font

Bakıda iki qardaş birləşərək qadının qızılını oğurlayıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Abay Kunanbayev küçəsində baş verib.

Ruslan və Nurlan Həsənzadə qardaşları ticarət mərkəzindən çıxan qadını evinə qədər izləyiblər. Daha sonra isə qardaşlardan biri bıçaqla qorxudub, digəri qadının ağzını tutub. Onlar qadının boynundakı qızıl boyunbağını götürərək hadisə yerindən qaçıblar.

Qardaşlar boyunbağını sataraq aralarında bölüblər.

Hazırda qardaşların başqa cinayətlərdə iştirakının olub- olmadığı araşdırılır.

Nəsimi rayonunda isə qazanxanadan oğurluq edən şəxs saxlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Eldəniz Abbasov və Bərdə rayon sakini Vüsal Məmmədov saxlanılıblar. Onlar törətdikləri əməli etiraf edərək 135 000 manat dəyərində avadanlıqların bir qismini satdıqlarını bildiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS


VİDEO