:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Gelandewagen” sürəndən ağlasığmaz hərəkət - 12 maşını belə əzdi - VİDEO-Yenilənib

Font

Bakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən "Gelandewagen" markalı avtomobilin sürücüsü müəyyən edilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.

Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində "Gelandewagen" markalı avtomobil avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 avtomobilə ziyan vurub.

****

Bakının Binəqədi rayonunda avtomobil dayanacağında "Gelandewagen” markalı maşın digərlərini əzib.

BAKU.WS xəbər verir ki, hadisə 6-cı mikrorayon, Cavadxan küçəsində, Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığında qeydə alınıb.

Belə ki, Gelandewagen” sürücüsü yüksək sürətlə maşını dayancaqda hərəkət etdirir və manevrlər edir.

Nəticədə dayanacaqda olan 12 avtomobili əzib. Hadisənin görüntülərini təqdim edirik: