:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ərdoğan: “Türkiyə uzaqlaşdırıldığı təqdirdə “F-35” layihəsi tamamilə iflasa uğrayacaq”

Font

"Türkiyə uzaqlaşdırıldığı təqdirdə "F-35” layihəsi tamamilə iflasa məhkum olacaq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 14-cü Beynəlxalq Müdafiə Sənayesi sərginin açılışında bildirib.

O vurğulayıb ki, ölkəsi müdafiə sənayesi sahəsində məcburiyyətləri qəbul etməyəcək: "Bu sahədə tarixi islahatlara başladıq. Müdafiə sənayesinin xaricdən asılığını 80 faizdən 30 faizədək endirdik. Amma bu o qədər də asan başa gəlməyib. Bəzən sobatajlarla, xəyanətərlə üzləşdik. Qarşımıza çıxan maneələri aşmaqdan yorulmadıq. Əgər əvvəllər biz xaricdən mütəxəssislər gətirirdiksə, indi xaricə mütəxəssis göndəririk”.