:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ-da baş vermiş növbəti atışmada 5 nəfər xəsarət alıb

Font

ABŞ-da atışma olub.

TASS xəbər verir ki, hadisə Kaliforniya ştatında, Los-Ancelesdə baş verib.

Hadisə zamanı 5 nəfər xəsarət alıb. Onlardan 1-nin vəziyyətinin kritik olduğu bildirilir. Yaralılardan 2-i ağır vəziyyətdədir.

ABC telekanalı bildirib ki, hadisə zamanı daha 2 nəfər yüngül xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı açıqlanmır.

Daha əvvəl Kaliforniya ştatının Povey şəhərində silahlı şəxsin açdığı atəş nəticəsində 1 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.