:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sərhədçilər əmrə tabe olmayan narkotik qaçaqmalçılarına atəş açıb

Font

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik va­­­­si­­­tə­­­lərin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısını alıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­la­rı­nın "Lənkəran” sərhəd dəs­təsinin xidməti ərazisində Astara rayonu­nun Sım kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahə­sin­də İran İslam Respublikasından Azərbaycana doğ­­ru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd nar­ya­dı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının "da­yan” əmrinə tabe olmayan sərhəd pozucularına qar­şı silahdan ha­va­ya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllə­rindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar.

Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­miş, 1 ədəd bel çantası və 1 ədəd torbada ümumi çəkisi 15 kq 815 qr olan narkotik vasitə və 1 ədəd Kanada istehsalı olan gecə görmə ci­hazı aşkar olunaraq götürül­üb.

Qeyd olunan fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.