:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aİ gömrük rüsumu tətbiq edəcəyi ABŞ mallarının siyahısını açıqlayacaq

Font

"Avropa İttifaqı (Aİ) aprelin 17-də gömrük rüsumu tətbiq edəcəyi ABŞ mallarının siyahısını açıqlayacaq”.

Bu barədə Brüsseldə (Bekçika) keçirilmiş mətbuat konfransında ticarət üzrə Avropa Komissarı Sesilya Malmstrem məlumat verib.

Onun sözlərinə görə, hazırda siyahı üzərində iş yekunlaşmaq üzrədir: "Bu rüsumlar ABŞ-ın atdığı eyni addıma cavabdır".

Xatırkadaq ki, ABŞ Prezidenti Donald Tramp Ümumdünya Ticarət Təşkilatının Fransa-Almaniya birgə müəssisəsi "Airbus” şirkətinə ayrılan subsidiyaların dəstəkləməsi qərarının ABŞ iqtisadiyyatına mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, ölkəsi Aİ məhsullarına 11 mlrd. dollarlıq gömrük rüsumu tətbiq edəcək.