:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İsraildə səslərin 100 faizi hesablandı – Netanyahunun xeyrinə heç-heçə

Font

Aprelin 9-da İsraildə keçirilmiş parlament seçkilərində səslərin 100 faizi hesablanıb.

Səsvermənin yekununa əsasən baş nazir Benyamin Netanyahununun rəhbərlik etdiyi "Likud" partiyası 120 yerlik Knessetdə (parlament) 36 yer əldə edib.

"Likud"un ən yaxın rəqibi - sabiq Baş qərargah rəisi Beni Qantsın "Kahol-Lavan" mərkəzçi bloku isə 35 mandat qazanıb.

Yəhudi dövlətinin Mərkəzi Seçki Komissiyası seçicilərin 68,38%-nin səsvermədə iştirak etdiyini yazıb. Seçicilərin 26,45 faizi (1,1 milyon nəfər) "Likud", 26,11 faizi isə (14 843 səs az) "Kahol Lavan"ı dəstəkləyib.