:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Məşhur amerikalı müğənni Bakıya gəlir

Font

"Formula-1” üzrə Azərbaycan Qran-prisində konsert proqramı ilə çıxış edəcək ikinci və son əcnəbi müğənninin adı açıqlanıb.

Bakı Şəhər Halqasından verilən məlumata görə, 27 yaşlı amerikalı Kardi B ləqəbli Belkalis Almanzar yarışla bağlı paytaxtımıza gələcək.

Son illərin yaddaqalan hitlərinə imza atmış ifaçı Azərbaycan Qran-prisinin üçüncü günündə - aprelin 28-də "Bakı Kristal Zalı”nda səhnəyə çıxacaq.

Qeyd edək ki, ondan bir gün öncə "Qremmi" və "Oskar" mükafatı laureatı olan böyük britaniyalı dünya ulduzu Sam Smit konsert verəcək.