:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Kəmaləddin Heydərovun oğlu vəzifəsindən istefa verib

Font

"Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib.

Bu barədə klubun rəsmi saytının açıqlamasında bildirilir. Lakin istefa səbəbi açıqlanmır.

Qeyd edək ki, Tale Heydərov "Qəbələ"nin prezidenti vəzifəsində fəaliyyətə 2006-cı ildə başlayıb. Klub onun dövründə iki dəfə - 2015-2016 və 2016-2017 mövsümlərində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. "Qırmızı-qaralar" 2013-2014, 2014-2015 və 2015-2016 mövsümlərində Azərbaycan Premyer Liqasında bürünc, 2016-2017 və 2017-2018 mövsümlərində isə gümüş medala yiyələnib.