:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hacıqabul dəmir yolundan oğurluq etmək istəyən şəxslər saxlanılıblar

Font

Hacıqabul dəmir yolu stansiyasının ərazisindən oğurluğa cəhd edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 9-da saat 8 radələrində Hacıqabul dəmir yolu stansiyasının ərazisindən 100 ədəd şpal altlığı, 30 ədəd rels birləşdiricisi, 3 kisə kastil və 3 kisə bolt-qaykanı oğurlamağa cəhd göstərən Hacıqabul rayon sakinləri H.Xəlfəyev və Ə.Məmmədov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.