:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Babək prospektində yenə yol çökdü - VİDEO

Font

Yeni təmirdən çıxmış Babək prospektində yenidən çökmə olub. Yolun bir hissəsində yaranan çökəklik bu yoldan istifadə edənlərə çətinliklər yaradır. Sürücülər məcbur olaraq ya avtomobili çökəkliyə salmalı olurar, ya da ani manevr etməklə qəza şəraiti yaradırlar.

Gün ərzində yüzlərlə avtomobil ya bu çökəyə düşür,ya da ani manevr etməkləqəza şəraiti yaradır.

Görüntülər bir neçə ay öncətəmir edilən Babək prospektindəndi.

Sürücülər deyir ki,yolda yaranan maneədən yayınmaq üçün əksər sürücü avtomobilini ani olaraq ya sağa sola çəkməli olur.Nəticədə isə digər sürücülər üçün real qəza şəraiti yaranır.Xüsusilə də axşam qaranlıq saatlarında çuxuru görmək daha çətin olur.

Məsələylə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət agentliyindən isə bildirildi ki,əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq.