:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Qarabağ" İslandiya yığmasının qapıçısı ilə yollarını ayırıb

Font

"Qarabağ” klubu qapıçısı Hannes Halldorssonla yollarını ayırıb. 

Ağdam təmsilçisi "facebook" səhifəsində xəbər verir ki, İslandiya yığmasının 34 yaşlı qolkiperi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, Halldorsson ötən ilin iyulunda "Qarabağ”la iki illik müqavilə bağlayıb. O, cari mövsümdə 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub.