:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakının tanınmış restoranında silahlı insident - Yaralılar var

Font

Bakının Binəqədi rayonunda yerləşən "Çeşməli” restoranında yeyib-içən qohumlar arasında mübahisə güllələnmə ilə nəticələnib.

Buta.media xəbər verir ki, nəticədə, iki nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov faktı təsdiqləyib.

Onun sözlərinə görə, 37 yaşlı Elçin Nəbiyev əlin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş - 44 yaşlı Vəli Nəbiyev isə kəllə-beyin travması alıb.