:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslər aeroportda borclarını ödəyə biləcək

Font

Heydər Əliyev Beynəlxalq Hava limanında Elektron Ədliyyə Köşkləri yerləşdirilib.

AZAL-ın "Facebook" səhifəsinin məlumatına görə, bu köşklər vasitəsilə vətəndaşlar borcları barədə öyrənə, onları ödəyə, eləcə də ölkədən çıxışına qoyulan məhdudiyyətləri dəqiqləşdirə bilər.

Məlumatda qeyd olunur ki, bu köşklərdən həmçinin yetkinlik yaşına çatmamış şəxslərin ölkədən çıxışı üçün razılıq ərizlərini əldə etmək mümkündür.