:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda avtomobil piyadaları əzib keçdi

Font

Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza bir neçə dəqiqə əvvəl Rəşid Behbudov küçəsində, Mərkəzi Bankın yanında qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil piyada keçidindən istifadə edən 3 nəfəri vurub.

Daha sonra sürücü idarəetməni itirərək avtobusa çırpılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb. Ölənlər "Mercedes" markalı avtomobilin sürücüsü və 50-55 yaşlı naməlum qadındır. 60-65 yaşlı qadın və 30 yaşlı kişi isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.