:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İmişlidə 150 kq yararsız mal əti satışının qarşısı alınıb

Font

Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən birgə keçirilən növbəti tədbir nəticəsində insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, mənşəyi məlum olmayan ət məhsullarının satışının qarşısı alınıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, daxil olan məlumat əsasında İmişli rayon sakini Azad Zeynalovun yaşadığı həyətyanı sahəyə baxış keçirilib və oradan xəstə, istifadəyə tam yararsız olan, ümumi çəkisi 150 kiloqram mal əti aşkar edilərək götürülüb.

Ətdən götürülən nümunələr Qida Təhlükəsizliyi Agentliyinin laboratororiyasına göndərilib, qalan hissəsi isə yandırılaraq məhv edilib.

Ekspert rəyi ilə müəyyən edilib ki, həmin ətlər xəstə iri buynuzlu heyvana məxsusdur və isitifadəyə tam yararsız olmaqla bərabər insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. A.Zeynalov izahatında əldə etdiyi xəstə heyvanı kəsərək ətini Bakı şəhərində satmaq istədiyini bildirib.

Qeyd edilən faktla bağlı araşdırma aparılır.