:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"WhatsApp"da qara ekran rejimi olacaq

Font

İstifadəçilər interfeysin rəngini dəyişərək qara fonda ağ rəngdə mətn yazacaqlar

"WhatsApp" messencerinin "Android" üçün yenilənmiş versiyasında qara ekran rejimi olacaq.

TASS xəbər verir ki, "Wabetainfo" portalı tətbiq istifadəçilərinin interfeysin rəngini dəyişərək qara fonda ağ rəngdə mətn yaza biləcəklərini vurğulayıb.

Yeni funksiyanın ekranın parıltısını azaldacağını və az işıqlandırma şəraitində mesajların görünməsini asanlaşdıracağı gözlənilir.

Yeniliklər 2.19.82 beta-yeniləmədə təqdim olunacaq. Versiyanın rəsmi çıxış tarixi hələ açıqlanmayıb.