:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ATV-nin aparıcısının evindən 37 min manatlıq oğurluq - VİDEO

Font

ATV-nin aparıcısı Vüsal Qurbanovun yaşadığı evdən 30 min manatlıq qızıl və 7 min manat oğurlanıb.

"ATV xəbər"in məlumatına görə, hadisə martın 22-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində qeydə alınıb.

Aparıcının atası Elxan Qurbanovun sözlərinə görə, axşam saat 9 radələrində qardaşıgilə qonaq gediblər. Saat 11-də evə qayıdanda isə gördükləri mənzərə qarşısında şoka düşüblər.

Hətta soyğunçular evin içərisindən girişi olan zirzəmidə belə axtarış aparıblar.

Hadisədən öncə isə naməlum nömrədən evə zəng gəlib. Ev sahibi ehtimal edir ki, bu zənglə onların evdə olub-olmadığını yoxlayıblar.

Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən "ATV xəbər"ə verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır. Artıq hadisə yerindən əl izləri götürülüb. Cinayət əməlini törədənlərin tez bir zamanda aşkarlanması istiqamətində zəruri tədbirlər görülür.