:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti payızda Azərbaycanda keçiriləcək

Font

Bu ilin payızında Azərbaycanda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammiti üçün hazırlıq işləri aparılır.

Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bu məsələ Qazaxıstan xarici işlər naziri Beybut Atamkulovla TDƏŞ-in Baş katibi Bağdad Amreyev arasında keçirilən görüşdə müzakirə olunub.

TDƏŞ nümayəndə heyəti Əməkldaşlıq Şurasına üzv dövlətlərin gömrük xidmətləri rəhbərlərinin görüşündə iştirak etmək üçün Qazaxıstanda işgüzar səfərdədir.

Qeyd edək ki, TDƏŞ müasir türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır, onun əsas məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişafıdır.