:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Çin və ABŞ rüsumların qarşılıqlı ləğvinə hazırlaşır

Font

Çin və ABŞ bir-birinə qarşı daha əvvəllər tətbiq etdikləri rüsumların qarşılıqlı ləğvi istiqamətində çalışmalıar aparır.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin ticarət nazirinin müavini Vanq Şouven bildirib.

"İki ölkənin ticarət danışıqlarını aparan müvafiq qrupları məsləhətləşmələrə davam edir, Çin ilə ABŞ arasında iqtisadi-ticari əlaqələrini normal vəziyyətə qaytarmaq naminə bütün əngəlləyici rüsumların ləğvi imkanları müzakirə olunur”, - deyə o qeyd edib.

Nazir müavini qarşılıqlı əngəlləyici rüsumların daha da yüksəldilməsinin hər iki tərəfə hər hansı fayda gətirməməklə bir çox başqa dövlətlərin də mənafeyinə mənfi təsir göstərdiyini vurğulayıb.