:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ Türkiyəni sanksiya ilə hədələyir-S- 400-ə görə

Font

"Rəsmi Ankara Rusiyanın S-400 zenit-raket kompleksini əldə edəcəyi halda ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər”.

"Anadolu” agentliyi xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino bildirib.

Onun sözlərinə görə, ABŞ-ın S-400 sistemi üzrə Türkiyə-Rusiya müqaviləsinə mövqeyi dəyişməyib: "Bu sistemin Rusiyadan Türkiyənin təşəbbüsü ilə alınması Vaşinqtonda ciddi naratalıq doğurub”.

O xatırladıb ki, ABŞ Türkiyə ilə Raket Hücumundan Müdafiə Sistemi üzrə sıx təmasdadır: "Türkiyə tərəfinə "Patriot” Zenit Raket Kompleksinə yiyələnməyi təklif etmişik. Rusiyanın Türkiyəyə S-400 tədarükü Ankaranın F-35 qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan başqa, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək”.

Dövlət Departamentinin təmsilçisi qeyd edib ki, S-400-ü silah arsenalına daxil edən ölkələrə "Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət” ("Countering America's Adversaries Through Sanctions Act”) qanunu tətbiq ediləcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2017-ci ilin dekabrında Rusiya ilə S-400-ün alınmasına dair müqavilə imzalandığını bildirib.