:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycandan Rusiyaya gedən mikroavtobus qəzaya uğrayıb, 6 nəfər ölüb - VİDEO

Font

Azərbaycandan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

RİA "Novosti" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Stavropol diyarı üzrə Baş İdarəsinin nümayəndəsi məlumat verib.

Məlumata görə, "Mercedes" markalı mikroavtobus Azərbaycandan Moskvaya özəl reys həyata keçirərkən qarşı zolağa çıxan yük maşını ilə toqquşub.

Qurumun məlumatında göstərilir ki, yaralılar Nevinnomısk xəstəxanasına çatdırılıblar.