:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Cəlilabadda marketdə zəhərlənənlərin kimliyi və hadisənin səbəbi məlum olub - YENİLƏNİB

Font

Cəlilabad rayonunda marketdə zəhərlənənlərin kimliyi və hadisənin təfərrüatı məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən "Green Store" adlı marketdə baş verib.

Zəhərlənənlərin hamısımarketin işçiləridir. Bunlar Hadiyeva Aidə Həşim qızı (1992-ci il təvvəlüdlü),Şəbiyeva Zeynəb (2003-cü il təvvəlüdlü), Quliyeva Aidə Qurban qızı (1994-ci il təvəllüdlü),Şəbiyeva Sevinc Ərəstun qızı (1984-cü il təvəllüdlü),Abdullayeva Rəna Mehman qızı,Eynullayeva Günay Rafət qızı,Bağırova Gülnar Tofiq qızı vəAğayeva Afət Mirhüseyn qızıdır.

Məlumata görə, marketin döşəməsi təmizlənərkən kimyəvi məhluldan istifadə edilib. Məhz bu kimyəvi məhlulda işçilərin zəhərlənməsinə səbəb olub. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



****

Cəlilabad rayonunda kütləvi zəhərlənmə olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə marketlərdən birində qeydə alınıb.

Belə ki, 14 nəfər zəhərlənmə əlamətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan bir neçəsi Reanimasiya şöbəsinə yerləşdirilib.

Zəhərlənmənin yuyucu vasitələrdən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.