:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Fərhad Əhmədovun qızı "Silk Way"in qəzaya düşən biznes-jetində olub

Font

Moskvanın Şeremetyevo hava limanında qəzalı eniş edən "Silk Way"in biznes-jetində olan sərnişinlərdən birinin kimliyi məlum olub.

BAKU.WS-in əldə etdiyi məlumata görə, Bakıdan Moskvaya uçan "Qolfstrim” ("Gulfstream”) şirkətinə məxsus biznes-jetdə azərbaycanlı iş adamı Fərhad Əhmədovun 3 yaşlı qızı Ariya da olub.

Qəza zamanı 3 yaşlı qızla yanaşı, təyyarədə iki pilot və 2 sərnişin - Belarus vətəndaşı Valentina Davıdovskaya və Azərbaycan vətəndaşı Asif Ələkbərov olub.

"Silk Way Business Aviation” aviaşirkətindən verilən məlumata görə, təyyarə "Şeremetyevo” hava limanında qarlı zolağa enərkən zolaqdan kənara çıxıb. Təyyarənin göyərtəsində üç nəfər olub və onların heç biri xəsarət almayıb.

İlkin qiymətləndirməyə görə, təyyarəyə ziyan dəyməyib.

Xatırladaq ki, Fərhad Əhmədov 3 yaşlı qızına bir müddət öncə ad günü keçirmişdi.