:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda 4 il əvvəl vəfat etmiş şəxsin adına radar cəriməsi gəlib - FOTO

Font

Azərbaycanda 4 il əvvəl vəfat etmiş şəxsin adına elektron protokol tərtib edilərək evinə göndərilib.

Elektron qərarda göstərilir ki, guyaMirzəquluzadə Elxan Balağa oğlubu il yanvar ayının 4-də Salyan yolunun 29-cu kilometrliyində Xıdırlı kəndi ərazisində "Nissan Patrol” markalı avtomobillə radara düşərək 50 manat məbləğindəcərimələnib. Qərarda iddia olunur ki, guya E.Mirzəquluzadə İnzibati Xətalar Məcəlləsinin339.1-1-ci (Nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında” qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə) maddəsini pozub.

Mərhumun həyat yoldaşıZakirə Zakirqızı"Report”abildirib ki, cərimə ilə bağlı yaşadıqları evə məktub gəlib: "Həyat yoldaşım 4 il bundan əvvəl dünyasını dəyişib. Ümumiyyətlə, bizim"Nissan Patrol” markalı avtomobilimiz də olmayıb.Hazırda yol polisini məhkəməyə verməyi düşünürəm”.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Əliyevisə "Report”a açıqlamasında bildirib ki, məsələ ilə əlaqədar araşdırma aparılır və nəticəyə uyğun olaraq hüquqi qiymət veriləcək.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vəfat etmiş şəxsə inzibati cərimə yazılmasına münasibət bildirib.

İdarədən verilən məlumata görə, "Nissan Patrol” markalı, 90-FH-041 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü tərəfindən 19.10.2018-ci il və 04.01.2019-cu il tarixlərdə törədilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar xüsusi texniki vasitənin köməyi ilə aşkar edilib:

"Həmin qayda pozuntuları üzrə icraat aparılarkən qeyd olunan inzibati xətaların dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyi aşkar edildiyindən, qanunvericiliyin tələbinə əsasən, həmin dövlət qurumuna müvafiq sorğu göndərilib.

Lakin, sorğu ilə bağlı BDYPİ-yə təqdim olunan məlumatda sözügedən nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxsin sürücülük vəsiqəsinin seriyasında "F” hərfi "C” kimi göstərildiyi üçün inzibati tənbeh vermə haqqında elektron qərarlar yanlış olaraq başqa şəxsin adına tərtib edilib.

Hazırda, qeyd olunan uyğunsuzluq BDYPİ-nin Mərkəzi İnformasiya Sistemində aradan qaldırılıb, təqsirkar şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərarlar tərtib edilib".

Baş DYP Idarəsi yol hərəkəti iştirakçılarına müraciət edərək bir daha xahiş edir ki, analoju uyğunsuzluqla rastlaştdıqları hallarda, Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytına və ya "902 Qaynar Xətt” mərkəzinə müraciət etsinlər.