:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Zabratda məcburi köçkünlərin məskunlaşdığı 4 ev yandı-VIDEO

Font

Sabunçu rayonu, Zabrat qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı evlərdə baş verən yanğın zamanı 1 nəfər xəsarət alıb.

Hadisə ötən gün saat 23:00 radələrinə bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə baş verib.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası xəsarət alan şəxsi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, yanğında xəsarət alan şəxs 1977-ci il təvəllüdlü İsmayılova Süsən Qurban qızıdır. O üzünün və sağ əlinin yanması xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğın məhdudlaşdırılıb.