:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Cahangir Hacıyevin məhkəməsində təqsirləndirilən şəxs: Adıma 23 milyon 53 min manat kredit götürülüb

Font

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, qohumu İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən Nəvai Şirinov bildirib ki, 2007-ci ildə "General Consalting" şirkətində direktor kimi fəaliyyətə başlayıb: "Məni bu vəzifəyə Dünyamin Xəlilov gətirmişdi. Onu 2005-ci ildə deputatlığa namizəd olan zaman tanımışam. Şirkətimiz tikinti işi ilə məşğul idi. Mən sonradan podratçı "Kənan İnşaat" şirkəti ilə işləməyə başladım və Beynəlxalq Bank-dan kredit götürdüm. Forma 2 podratçı şirkətdən gəlirdi, mən də imzalayırdım. Adıma bir neçə kredit xətti açılmışdı. 2010-cu ilə qədər Beynəlxalq Bankın Zaqatala filalından kredit götürmüşəm. Əvvəl 300 min, sonra 450-800 min manat kredit götürülüb. Kredit müqaviləsi hazır formada gəlirdi və mən də imzalayırdım. 2010-cu ildən sonra isə Bakıya gəldim".

N.Şirinov deyib ki, adına Beynəlxalq Bank-dan 23 milyon 53 min manat kredit götürülüb: "Məbləğlərin şişirdilməsi ilə razı deyiləm. İttihamda qeyd edilib ki, 2 milyondan çox şişirdilmə olub, həmin pulları mənimsəmədə təqsirləndirilirəm. Hazırda pulları ödəmək fikrim yoxdur".

Təqsirləndirilən şəxs bildirib ki, D.Xəlilovun şirkətində direktor vəzifəsində çalışan zaman 300-600 manat arası maaş alıb: "Elə olurdu ki, heç maaş da ala bilmirdim".

Daha sonra ifadə verən digər təqsirləndirilən Camal Həsənov bildirib ki, D.Xəlilovun göstərişi ilə Azərbaycan Beynəlxalq Bankından adına kredit götürülüb, pulu isə şirkətin kassiri Əli Muradova verib.

Hazırda o, 8 milyon manatdan artıq pulu mənimsəmədə təqsirli bilinir.